İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb Bakı. 20 may. REPORT.AZ/ İŞİD terror qruplaşması Çeçen Respublikasının paytaxtı Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb.
Region
20 May , 2018 20:45
İŞİD Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb

Bakı. 20 may. REPORT.AZ/ İŞİD terror qruplaşması Çeçen Respublikasının paytaxtı Qroznıda kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" silahlılara istinadən məlumat yayıb.

Bir gün əvvəl cinayətkarlar girov götürmək üçün Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Hücum nəticəsində kilsəni mühafizə edən 2 polis əməkdaşı və 1 ziyarətçi həlak olub. Daha 2 asayiş keşikçisi isə yaralanıb.

Silahlılar xüsusi əməliyyatla zərərsizləşdiriliblər. Onların şəxsiyyəti müəyyən edilib. Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, silahlılardan ikisi Qroznı yaxınlığındakı kənddə yaşayıb. Qruplaşmanın rəhbəri əslən qonşu regionlardan birindəndir. O, qeyd edib ki, silahlılara əmr Qərb ölkələrindən birindən verilib. 

Son xəbərlər

Orphus sistemi