Yuxarı

​İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən FİDE prezidenti vəzifədən uzaqlaşdırılıb

Kirsan İlümjinovun yerinə Yunanıstanın Şahmat Federasiyasının rəhbəri Georgios Makropoulos seçilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov vəzifəsindən uzaqlaşdırılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda FİDE açıqlama yayıb.

Qurumun İdarə Heyətinin qərarı ilə FİDE-yə Yunanıstanın Şahmat Federasiyasının rəhbəri Georgios Makropoulos başçılıq edəcək.

Qeyd edək ki, ABŞ-ın Xəzinə Nazirliyi Suriyada Bəşşar Əsəd rejiminə maliyyə yardımı göstərən, terrorçu İŞİD qruplaşmasından neft alınmasına vasitəçilik edən 4 nəfərə və 6 şirkətə qarşı sanksiya tətbiq edib və onların adları "qara siyahı"ya daxil edilib. Rusiyanın Kalmıkiya Respublikasının başçısı, FİDE-nin prezidenti Kirsan İlümjinov da sanksiyaya məruz qalan şəxslər arasındadır. 

Sanksiyaya məruz qalan şəxslər və şirkətlərin ABŞ-dakı bütün bank hesabları dondurulub. Həmin şəxs və şirkətlərin ABŞ-da ticarət fəaliyyəti qadağan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi