​İŞİD-lə döyüşlərdən qaçan 100 mindən çox İraq hərbçisi ordudan xaric edilib

​İŞİD-lə döyüşlərdən qaçan 100 mindən çox İraq hərbçisi ordudan xaric edilib Bu, daha çox 2014-cü ilin ilk aylarında ordu sıralarında olan hərbçilərə aid olub
Region
1 Avqust , 2016 08:30
​İŞİD-lə döyüşlərdən qaçan 100 mindən çox İraq hərbçisi ordudan xaric edilib

Bakı. 1 avqust. REPORT.AZ/ İraq hökuməti İŞİD terror qruplaşması ilə mübarizə zamanı döyüş meydanından qaçan 100 mindən çox hərbçi ilə müqaviləni ləğv edib.

"Report" xəbər verir ki, bu barədə, "Əl-Arabia" telekanalının məlumatına görə, İraqın müdafiə naziri Xalid əl-Obeydi məlumat verib.

"İŞİD terrorçularının hücumu zamanı öz mövqelərini tərk edən 106 min İraq hərbçisi ilə bağlanan müqavilə ölkənin Müdafiə Nazirliyi tərəfindən ləğv edilib", - deyə Əl-Obeydi bildirib.

O qeyd edib ki, bu, əsasən 2014-cü ilin ilk aylarında İraq ordusunun sıralarında olan hərbçilərə aid olub.

Son xəbərlər

Orphus sistemi