Yuxarı
    Bağlamaq

    ​İŞİD-in Gürcüstandakı təmsilçisi tutulub

    Pankisi dərəsində keçirilən xüsusi əməliyyat nəticəsində 5 nəfər həbs edilib

    Bakı. 15 iyun. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyi əməkdaşlarının Pankisi dərəsində keçirdiyi xüsusi əməliyyat nəticəsində 5 nəfər həbs edilib.

    "Report" xəbər verir ki, bu haqda ölkənin "Rustavi-2" telekanalı məlumat yayıb.

    Onlar yerli sakinləri İŞİD tərəfindən döyüşmək üçün Suriyaya göndərməkdə şübhəli bilinirlər.

    Saxlanılanlardan biri İŞİD-in liderlərindən sayılan Tarxan Batiraşvilinin yaxın qohumu, o biri isə Qayoz Borçaşvili adlı Gürcüstan vətəndaşıdır. Q.Borçaşvili həm də İŞİD-in Gürcüstandakı təmsilçisi sayılır.

    Saxlanılanların evlərinin axtarışı 6 saat davam edib. Xüsusi əməliyyat Pankisi ilə yanaşı Tbilisidə də keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi