Yuxarı
    Bağlamaq

    ​İŞİD İranla sərhəddən 40 km kənara çəkilib

    İran Quru Qoşunları döyüşə hazır vəziyyətə gətirilib

    Bakı. 6 yanvar. REPORT.AZ/ İŞİD yaraqlıları İran-İraq sərhədindən 40 km kənara çəkilib.

    "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bunu İran Quru Qoşunlarının komandanı, briqada generalı Əhmədrza Purdastan deyib.

    "İŞİD yaraqlıları İraqın şərqinə yerləşdikdən sonra İran Quru Qoşunları döyüşə hazır vəziyyətə gətirilib ", - o bildirib.

    Generalın sözlərinə görə, İŞİD yaraqlılarına İran-İraq sərhədindən kənara çəkilmələri ilə bağlı xəbərdarlıq edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi