İŞİD Dağıstanda polisə hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD Dağıstanda polisə hücuma görə məsuliyyəti üzərinə götürüb Hücumlar Kaspiysk və Qızılyurdda baş verib
Region
26 Dekabr , 2016 13:01
İŞİD Dağıstanda polisə hücuma görə məsuliyyəti üzərinə götürüb

Bakı. 26 dekabr. REPORT.AZ/ İŞİD terror qruplaşması Dağıstanda polisə hücuma görə, məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə yaraqlıların şəbəkədəki fəallığını izləyən SITE saytında məlumat verilib.

İlk hücum dekabrın 25-nə keçən gecə Mahaçqala - Kaspiysk şosesində polis patrulu xidmət başında olarkən baş verib. İki polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Dekabrın 25-də səhər saatlarında isə onların öldüyü məlum olub.

İkinci hücum da dekabrın 25-nə keçən gecə, Qızılyurdda baş verib. Naməlum şəxslər şəhərin girişində yerləşən polis postunu atəşə tutublar.

Son xəbərlər

Orphus sistemi