Yuxarı
    Bağlamaq

    İŞİD Dağıstanda avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb

    Yaraqlılara yaxınlığı ilə seçilən Amaq agentliyi radikalların partlayışın arxasında onların yerli bölməsinin olduğunu iddia etdiyini xəbər verib

    Bakı. 30 mart. REPORT.AZ/ Dağıstanda polis avtomobillərinin partladılmasına görə məsuliyyəti İŞİD terror qruplaşmasının yerli bölməsi üzərinə götürüb.

    "Report" xəbər verir ki, yaraqlılara yaxınlığı ilə seçilən "Amaq" agentliyi radikalların partlayışın arxasında onların yerli bölməsinin olduğunu iddia etdiyini açıqlayıb.

    Yaraqlıların internetdəki fəaliyyətini monitorinq edən "SITE Intelligence Group" da partlayışda İŞİD qruplaşmasının əlinin olduğunu xəbər verib.

    Xatırladaq ki, dünən gecə Dağıstanın Kaspiysk şəhərində naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı qurğunu yerə döşəyərək "UAZ" və "Ural" markalı polis maşınlarını partladıb. Nəticədə hüquq-mühafizə orqanlarının bir əməkdaşı ölüb, iki nəfər yaralanıb. Ümumilikdə isə avtomobillərdə ondan çox polis olub. Onlar Mahaçqalada növbətçiliyini başa vurub, Kaspiyskə qayıdırmış.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi