Yuxarı

İşəgötürənlər Birliyinin sədri: "Qiymətlərin daha da artması Ermənistanda yoxsulluq səviyyəsini 35-40%-ə qaldıracaq"

İşəgötürənlər Birliyinin sədri: "Qiymətlərin daha da artması Ermənistanda yoxsulluq səviyyəsini 35-40%-ə qaldıracaq"
Qaqik Makaryan: Ermənistan hökuməti ölkədəki yoxsulluq göstəricilərinə laqeydlik göstərir
© Getty Images

Bakı. 12 fevral. REPORT.AZ/ "Ermənistan hökuməti ölkədəki yoxsulluq göstəricilərinə laqeydlik göstərir".

"Report" xəbər verir ki, bunu Ermənistan İşəgötürənlər Birliyinin sədri Qaqik Makaryan Ermənistanda qiymət artımı dalğasının mümkün nəticələrindən danışarkən "NEWS.am" portalına deyib.

Onun sözlərinə görə, Azərbaycanla münaqişədə şəraitində Ermənistana Yerevanda narahatlıq, mitinqlər başlaması heç lazım deyil, çünki, bu, ölkədəki vəziyyəti daha da zəiflədə bilər.

"Yoxsulluq səviyyəsini göstərən 30% göstərcisinin 35-40%-ə çatmaq riski var. Çünki qiymət artımı yoxsulların istehlak mallarına aiddir. Başqa sözlə, qiymət artımı imkanlı təbəqəyə təsir göstərməyəcək, amma orta səviyyədən aşağı dolananlara ciddi zərbə olacaq", - Q.Makaryan bildirib.

Onun sözlərinə görə, bu, yoxsulluq yaradır, çünki qiymətlərdə istənilən artım cəmiyyətin hansısa təbəqəsinin artıq bu və ya digər məhsuldan əvvəlki miqdarda ala bilməyəcəyi anlamına gəlir. Bu faktı nəzərə alaraq vaxtında bütün bunların qarşısı alınmalıdır", - iqtisadçı vurğulayıb.

Xatırladaq ki, yeni Vergi Məcəlləsinə görə, Ermənistanda 2018-ci il yanvarın 1-dən bir sıra malların aksiz vergisi artıb və buna görə də ölkədə benzinin, qazın, ətin, yağın və digər ilkin zərurət mallarının qiymətləri bahalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi