​İrəvanın Sari Tax rayonunda polislə silahlılar arasında atışma başlayıb

​İrəvanın Sari Tax rayonunda polislə silahlılar arasında atışma başlayıb Polis əraziyə yeni dəstələr cəlb edib
Region
30 İyul , 2016 00:15
​İrəvanın Sari Tax rayonunda polislə silahlılar arasında atışma başlayıb

Bakı. 30 iyul. REPORT.AZ/ İrəvanın fərdi evlərdən təşkil olunmuş Sari Tax rayonunda polis ilə nümayişçilər arasında toqquşma başlayıb.

"Report" "news.am"a istinadən xəbər verir ki, Sari Taxa çatan nümayişçilər iyulun 17-də silahlı dəstə tərəfindən ələ keçirilən polis patrul xidməti alayından atəş səsləri eşidiblər.

Daha sonra politoloq Andrias Qukasyan polisin orada əməliyyata başladığını bəyan edib.

Polis təcili olaraq əraziyə yeni qüvvələr cəlb edib. Gözlənilmədən nümayişçilərə yaxınlaşan polis əməkdaşları, onlara qarşı xüsusi vasitələr tətbiq etməyə başlayıb. Nümayişçilər polisi daşa basıblar.

Vəziyyət Xorenatsi küçəsində də pisləşib. Nümayişçilərin orada toplaşan hissəsi polis avtobuslarının keçidinə imkan verməyiblər. Küçəyə toplaşanlardan biri avtobusun qarşısını kəsib. Polis əməkdaşları nümayişçilərin canlı səddini yoldan kənarlaşdırıb və avtobuslar içərilərə daxil olub.

Küçədə polis və etirazçılar arasında çaxnaşma və dava başlayıb.

Polis podpolkovniki Ayvazyan əraziyə toplaşanlara mitinqin qanunsuz olduğunu bildirib və bunu dayandırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi