İrəvandakı toqquşmalarda xəsarət almış 9 nəfər xəstəxanalarda qalmaqdadır

İrəvandakı toqquşmalarda xəsarət almış 9 nəfər xəstəxanalarda qalmaqdadır Altı nəfərin vəziyyəti qənaətbəxşdir, üç nəfərdə isə orta-ağır
Region
23 Aprel , 2018 02:06
İrəvandakı toqquşmalarda xəsarət almış 9 nəfər xəstəxanalarda qalmaqdadır

Bakı. 23 aprel. REPORT.AZ/ İrəvanda keçirilən etiraz aksiyaları zamanı xəsarət almış 9 nümayişçi şəhər xəstəxanalarında müalicəsini davam etdirir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda İrəvan xəstəxanalarında 9 zərərçəkmiş müalicəsini davam etdirir. Onlardan 7-si bazar günü xəstəxanaya yerləşdirilib. Pasientlərdən biri yaxın saatlarda evə buraxılacaq", - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, 6 nəfərin vəziyyəti qənaətbəxşdir, üç nəfərinki isə orta-ağırdır.

Son xəbərlər

Orphus sistemi