​İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirib

​İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirib Onlar hesab edir ki, cərimə və ödəmə qaydalarda nəzərdə tutulduğundan iki dəfədən artıqdır
Region
2 Mart , 2015 20:56
​İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirib

Bakı. 2 mart. REPORT.AZ/ İrəvanda taksi sürücüləri hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Sürücülər martın 1-dən etibarən lisenziyasız taksi sürücülərinə tətbiq edilən cərimələrə və ödənişlərə etiraz edib. Onlar hesab edir ki, cərimə və ödəmə qaydalarda nəzərdə tutulduğundan iki dəfədən artıqdır.

"Yeni qaydalara əsasən, biz yalnız lisenziyaya görə deyil, sayğaca, təbii qazdan yanacaq kimi istifadə və başqa məsrəflər üçün də pul ödəməliyik", - bunu akisiya iştirakçılarından biri, Vaqe Qabrielyan bildirib.

Etirazçıları Ermənistanın nəqliyyat nazirinin müavini Artur Arakelyan qarşılayıb. O, sürücülərə deyib ki, məsələni müzakirə etmək üçün 5 nəfərlik qrup seçsinlər.

Son xəbərlər

Orphus sistemi