Yuxarı

İrəvanda silahlı qrup üzvlərinə dəstək mitinqi başa çatıb

Aksiya bu gün Azadlıq meydanında davam etdiriləcək

Bakı. 28 iyul. REPORT.AZ/ Ermənistanın paytaxtı İrəvan şəhərində post-patrul polkunun binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası başa çatıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, mitinqin iştirakçıları evlərinə getməyi və aksiyanı bu gün "Azadlıq" meydanında davam etdirməyi planlaşdırıblar.

"İndi vəziyyət sabitdir və mütəşəkkil şəkildə evimizə gedirik" – deyə etirazçılardan biri bildirib.

Qeyd edək ki, silahlı qrup üzvlərinə dəstək mitinqi Movses Horenasi küçəsində keçirilib. İrəvanın hüquq-mühafizə orqanları silahlıların ələ keçirdiyi post-patrul binası yaxınlığında aksiya keçirməyin "qanunsuz" olduğunu bildirsələr də, etirazçılar buna məhəl qoymayıb.

Polis səhər tezdən heç bir səbəb olmadan mitinqçiləri həbs etməyə başlayıb. İlkin məlumata görə, 150-dən çox etirazçı saxlanılıb.

Onlardan bəziləri sonradan sərbəst buraxılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi