​İrəvanda silahlı dəstə polis avtobusunu yandırıb

​İrəvanda silahlı dəstə polis avtobusunu yandırıb Yanğın polis idarəsi ərazisində törədilib
Region
25 İyul , 2016 21:39
​İrəvanda silahlı dəstə polis avtobusunu yandırıb

Bakı. 25 iyul. REPORT.AZ/ İrəvanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstə bazar ertəsi "Chevrolet" markalı xidməti polis avtobusunu yandırıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

"Silahlı dəstə bir neçə dəqiqə əvvəl PPX alayı ərazisində "Chevrolet" markalı xidməti polis avtobusunu yandırıb. Ötən gün axşam isə, dəstə üzvləri polis "Qazel"ini yandırdıqdan dərhal sonra avtomobil təkərlərini küçəyə çıxardılar və ətrafdakı evlərin sakinləri üçün real təhlükə yaradaraq içərisinə güllə qoyub yandırdılar", - deyə məlumatda bildirilir.

Hüquq-mühafizə orqanları dəstə üzvlərini vətəndaşların sağlamlığı üçün təhlükəli olan və vəziyyəti gərginləşdirən hərəkətlər etməməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi