Yuxarı
    Bağlamaq

    ​İrəvanda Rusiya hərbçisinin Ermənistana verilməsi tələbi ilə yürüş keçiriləcək

    Rusiya tərəfi ona qarşı fərarilik və qətl maddələri üzrə cinayət işi açıb

    Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyanın Gümrüdəki bazasının müddətli əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə İrəvanda yürüş keçiriləcək.

    "Report" Ermənistan kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, yürüşün yanvarın 26-da, saat 18.30-da keçirilməsi nəzərdə tutulub.

    Aksiyanın təşəbbüskarları tələblərinin iki dövlət arasındakı mövcud razılaşmaya uyğun olduğunu bildirərək, Rusiyanın Ermənistan ərazisində yerləşən bazası ilə bağlı hüquqi məsələlərdə qarşılıqlı yardımın edilməsini əsas göstəriblər.

    Xatırladaq ki, yanvarın 12-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinərək həbs olunub. Onun yaraladığı 6 aylıq körpə isə yanvarın 19-da ölüb.

    Rusiya tərəfi ona qarşı "fərarilik" və "qətl" maddələri üzrə cinayət işi açıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi