​İrəvanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq niyyətində deyil

​İrəvanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq niyyətində deyil "Bizim təhlükəsizliyimizin təminatı xalq və silahımızdır"
Region
23 İyul , 2016 20:01
​İrəvanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq niyyətində deyil

Bakı. 23 iyul. REPORT.AZ/ Bazar günü Ermənistanın paytaxtı İrəvanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq niyyətində deyil.

"Report" xəbər verir ki, bu barədə şənbə günü dəstə üzvü – radikal müxalifətin liderlərindən biri olan Varujan Avetisyan bölmə ərazisində KİV nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

"Biz təslim olmaq barədə düşünmürük, bunun əksinə olan iddialar həqiqətə uyğun deyil. Bizim təhlükəsizliyimizin təminatı xalq və silahımızdır", - deyə Avetisyan bildirib.

Dəstənin digər üzvü Pavel Manukyan bildirib ki, hadisələrin gələcək inkişafı aydın görünməyincə, heç bir güzəş olmayacaq.

Hücumun niyə məhz polisin post-patrul xidməti bölməsinə təşkil olunduğunun səbəblərini izah edən Manukyan iddia edib ki, bu polis bölməsi "xalqın yaralarının üstündən basmaq üçün küt bir alət olub".

"Biz xalqın aldanılmasına bir daha imkan verməyəcəyik", - deyə Manukyan bildirib.

Ermənistan hökuməti silahlı dəstə üzvlərinin çıxışları ilə bağlı hələ ki, açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi