Yuxarı

​İrəvanda nümayişçilərlə polis arasında toqquşma baş verib, yaralananlar var - VİDEO

Nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq olunub

Bakı. 20 iyul. REPORT.AZ/ Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən polis şöbəsi qarşısında qanun keşikçiləri ilə nümayişçilər arasında toqquşma baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, etirazçılar etirazçılar qanun keşikçilərini daşa basıblar.

Polis əməkdaşları isə qarşılığında nümayişçilərə qarşı səs qumbarası və gözyaşardıcı qaz tətbiq ediblər, havaya atəş açıblar. Hər iki tərəf arasında yaralananların olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi