İrəvanda lift 12 metrdən şaxtaya düşüb

İrəvanda lift 12 metrdən şaxtaya düşüb İrəvanda yerləşən yaşayış binalarından birində içərisində iki nəfərin olduğu lift şaxtaya düşüb.
Region
28 İyul , 2019 06:37
İrəvanda lift 12 metrdən şaxtaya düşüb

İrəvanda yerləşən yaşayış binalarından birində içərisində iki nəfərin olduğu lift şaxtaya düşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, liftin burazı qırılıb və o, içəridə olan iki nəfərlə birlikdə 12 metr yüksəklikdən şaxtaya düşüb. Kabinədə olan hər iki nəfər son dərəcə ağır travma alıb.

Yaralılar xəstəxanaya yerləşdirilsə də, onlardan biri orada keçinib.

Son xəbərlər

Orphus sistemi