​İrəvanda gecə klubunda kütləvi dava olub: xəsarət alanlar var

​İrəvanda gecə klubunda kütləvi dava olub: xəsarət alanlar var Hadisənin dörd iştirakçısı həbs edilib
Region
27 Yanvar , 2015 17:54
​İrəvanda gecə klubunda kütləvi dava olub: xəsarət alanlar var

Bakı. 27 yanvar. REPORT.AZ/ İrəvanda gecə klubunda kütləvi dava olub.

"Report" "news.am"a istinadən xəbər verir ki, bir neçə müştəri arasında yaranmış mübahisə sonradan kütləvi davaya çevrilib. Klubun işçiləri onları sakitləşdirə bilməyib. Hadisəyə polis müdaxilə edib.

Dava-dalaş nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisənin dörd iştirakçısı həbs edilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Polis məlumatı təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi