İrəvanda etirazçılar Ermənistan hakimiyyətinə ultimatum veriblər

İrəvanda etirazçılar Ermənistan hakimiyyətinə ultimatum veriblər "Biz Marşal Baqramyan prospektini açmayacağıq"
Region
4 İyul , 2015 23:21
İrəvanda etirazçılar Ermənistan hakimiyyətinə ultimatum veriblər

Bakı. 4 iyul. REPORT.AZ/ Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirənlər ölkə hakimiyyətinə ultimatum irəli sürüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Marşal Baqramyan prospektində yüzlərlə mitinq iştirakçısı qarşısında etiraz hərəkatı əlaqələndiricilərindən biri David Sanasaryan çıxış edib.

“Biz Marşal Baqramyan prospektini açmayacağıq. Bazar ertəsi axşamadək gözləyəcəyik. Əgər bir tələbimiz belə yerinə yetirilməsə, biz “İrəliyə addım” etiraz aksiyasına başlayacağıq və zibil konteynerlərindən ibarət barrikadanı prezident sarayına doğru irəlilədəcəyik", - deyə o, Ermənistan hakimiyyətinə xitabən deyib.

Sanasaryanın fikrincə, fəallar hakimiyyətə qarşı dinc, lakin çağırış xarakterli addım atmaq məcburiyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi