Yuxarı

​İrəvan polisi nümayişçiləri güc tətbiq edəcəyi ilə hədələyib

Ermənistanda minlərlə insan prezident sarayı yanında nümayiş keçirir

Bakı. 23 İyun. REPORT.AZ/ İrəvan polisi aksiya davam edəcəyi təqdirdə güc tətbiq edə biləcəyi barədə kütləvi nümayiş iştirakçılarına xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə "Novosti Armeniya" məlumat yayıb.

"Polis öz səlahiyyətlərinin icrası zamanı qanun pozucularına qarşı güc və digər vasitələr tətbiq etmək hüququna malkdir", — deyə polis qeyd edib.

Hazırda Ermənistanda minlərlə insan ölkədə elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq nümayiş keçirir. Nümayişçilər Ermənistan prezidenti sarayına doğru hərəkət etsələr də, onların yürüşü polis əməkdaşları tərəfindən dayandırılıb. Nümayişçilər hazırda oturaq aksiya keçirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi