​İrəvan polisi nümayişçiləri güc tətbiq edəcəyi ilə hədələyib

​İrəvan polisi nümayişçiləri güc tətbiq edəcəyi ilə hədələyib Ermənistanda minlərlə insan prezident sarayı yanında nümayiş keçirir
Region
23 İyun , 2015 03:11
​İrəvan polisi nümayişçiləri güc tətbiq edəcəyi ilə hədələyib

Bakı. 23 İyun. REPORT.AZ/ İrəvan polisi aksiya davam edəcəyi təqdirdə güc tətbiq edə biləcəyi barədə kütləvi nümayiş iştirakçılarına xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə "Novosti Armeniya" məlumat yayıb.

"Polis öz səlahiyyətlərinin icrası zamanı qanun pozucularına qarşı güc və digər vasitələr tətbiq etmək hüququna malkdir", — deyə polis qeyd edib.

Hazırda Ermənistanda minlərlə insan ölkədə elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq nümayiş keçirir. Nümayişçilər Ermənistan prezidenti sarayına doğru hərəkət etsələr də, onların yürüşü polis əməkdaşları tərəfindən dayandırılıb. Nümayişçilər hazırda oturaq aksiya keçirirlər.

Son xəbərlər

Orphus sistemi