​İrəvan polisi etirazçıları "səlahiyyətlərindən istifadə edəcəyi" ilə hədələyib

​İrəvan polisi etirazçıları "səlahiyyətlərindən istifadə edəcəyi" ilə hədələyib Polis aksiya iştirakçılarını mərkəzi boşaltmağa çağırıb
Region
2 İyul , 2015 04:10
​İrəvan polisi etirazçıları səlahiyyətlərindən istifadə edəcəyi ilə hədələyib

Bakı. 2 İyul. REPORT.AZ/ İrəvan polisi şəhərin mərkəzinə toplaşan piket təşkilatçıları və iştirakçılarını düşüncəli olmağa, Ermənistan Konstitusiyası və qanunlarına hörmətlə yanaşmağa və könüllü surətdə Baqramyan prospektinin təqribən 10 gündür davam edən blokadasını dayandırmağa çağırıb.

"Report" "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bu barədə idarənin bəyanatında bildirilib.

"Ermənistan Respublikası polisi bəyan edir ki, Baqramyan prospektinin uzun müddət və tam bağlanması öz mahiyyəti və yaratmış olduğu nəticələri ilə qeyri-proporsional olaraq digər şəxslərin konstitusiya hüquqlarını və cəmiyyətin maraqlarını məhdudlaşdırır", — deyə idarədən bildirilib.

Polis etirazçıların mərkəzi tərk etməyəcəyi təqdirdə, "Ermənistan Respublikası qanunvericiliyinin onların üzərinə qoyduğu səlahiyyətlərdən tam olaraq istifadə edəcəyinə" vəd verib. 

Son xəbərlər

Orphus sistemi