Yuxarı

İraqla Ermənistan arasında ilk aviauçuş reallaşıb

Bəkir əl-Caber Zubeydi İrəvana gedib

Bakı.28 fevral. REPORT.AZ/ İraqın nəqliyyat naziri Bəkir əl-Caber Zubeydi Bağdad-İrəvan-Ərbil aviareysi ilə İrəvana gedib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. Xəbərdə bildirilib ki, bu, iki ölkə arasında gerçəkləşən ilk uçuşdur.

Reys "İraq hava yolları" şirkətinə aid "CRJ900" və "Boeing 737" təyyarələri ilə həyata keçirilib. Məlumata görə, bu istiqamət həftədə iki dəfə (cümə axşamı və bazar günləri) hava reysi gerçəkləşdiriləcək.

Bəkir əl-Caber Zubeydi Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan tərəfindən qəbul edilib. Tərəflər bildirib ki, hava nəqliyyatı sahəsində əməkdalıq iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin "uğurlu inkişafına xidmət"  üçün əsasdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi