İraqla Ermənistan arasında ilk aviauçuş reallaşıb

İraqla Ermənistan arasında ilk aviauçuş reallaşıb Bəkir əl-Caber Zubeydi İrəvana gedib
Region
28 Fevral , 2015 09:51
İraqla Ermənistan arasında ilk aviauçuş reallaşıb

Bakı.28 fevral. REPORT.AZ/ İraqın nəqliyyat naziri Bəkir əl-Caber Zubeydi Bağdad-İrəvan-Ərbil aviareysi ilə İrəvana gedib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. Xəbərdə bildirilib ki, bu, iki ölkə arasında gerçəkləşən ilk uçuşdur.

Reys "İraq hava yolları" şirkətinə aid "CRJ900" və "Boeing 737" təyyarələri ilə həyata keçirilib. Məlumata görə, bu istiqamət həftədə iki dəfə (cümə axşamı və bazar günləri) hava reysi gerçəkləşdiriləcək.

Bəkir əl-Caber Zubeydi Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan tərəfindən qəbul edilib. Tərəflər bildirib ki, hava nəqliyyatı sahəsində əməkdalıq iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin "uğurlu inkişafına xidmət"  üçün əsasdır.

Son xəbərlər

Orphus sistemi