Yuxarı

​İraqın şimalından Türkiyənin Ceyhan limanına sutkada 595 min barel neft nəql edilir

Muxtar bölgədəki hökumət bildirib ki, mərkəzi İraq hakimiyyətindən asılı olmayaraq, neft satışını davam etdirəcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Ceyhan limanına bu ilin oktyabrında İraqın şimalından sutkada 595 min barel xam neft axıdılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraqın Şimalındakı Kürd Muxtar bölgəsinin təbii ehtiyatlar üzrə qurumu məlumat yayıb.

Kərkük-Yumurtalıq neft kəməri vasitəsi ilə oktyabrda 18 milyon 462 min barel xam neft Türkiyənin Ceyhan limanına nəql edilib.

Muxtar bölgədəki hökumət bildirib ki, məmur maaşlarını ödəmək üçün mərkəzi İraq hakimiyyətindən asılı olmayaraq, neft satışını davam etdirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi