İraqın şimalından raket atılması nəticəsində Türkiyənin 2 hərbçisi şəhid olub, 2-si yaralanıb

İraqın şimalından raket atılması nəticəsində Türkiyənin 2 hərbçisi şəhid olub, 2-si yaralanıb Yaralı hərbçilər dövlət xəstəxanasına yerləşdiriliblər
Region
1 Fevral , 2018 19:42
İraqın şimalından raket atılması nəticəsində Türkiyənin 2 hərbçisi şəhid olub, 2-si yaralanıb

Bakı. 1 fevral. REPORT.AZ/ PKK terrorçu qruplaşması Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonundakı daha bir hərbi hissəyə hücum təşkil edib. 

"Report" NTV-yə istinadən xəbər verir ki, bu gün axşam saatlarında İraqın şimalından atılan mərminin partlaması nəticəsində 2 hərbçi şəhid olub, 2-si yaralanıb. 

Yaralı hərbçilər dövlət xəstəxanasına yerləşdiriliblər. 

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Hakkari əyalətinin Çukurca rayonundakı Güvən dağında yerləşən hərbi hissəyə İraq tərəfdən raket atılması nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb.

Son xəbərlər

Orphus sistemi