Yuxarı

Türkiyə ordusu ​İraqın şimalında 60-dan çox terrorçunu məhv edib

Garadakı terrorçulara aid ən böyük silah-sursat anbarı tamamilə dağıdılıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında keçirdiyi hava əməliyyatları nəticəsində azı 60 terrorçu məhv edilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyata 21 qırıcı cəlb edilib. Əməliyyat zamanı terrorçu PKK və ona bağlı qrupların 64 hədəfi bombalanıb. Qırıcılar İraqın şimalındakı terrorçuların Kandil, Hakkurk, Avaşin, Metina, Baysan, Gara ve Zap bölgələrində yerləşən mövqelərinə 80 bomba atıb.

Məlumata görə, Garadakı terrorçulara aid ən böyük silah-sursat anbarı tamamilə dağıdılıb. 

Əməliyyat yerli vaxtla saat 23.30-dan 05.30-dək keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi