İraqın baş naziri: “Başika məsələsində Türkiyə ilə razılaşdıq”

İraqın baş naziri: “Başika məsələsində Türkiyə ilə razılaşdıq” İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir
Region
7 Yanvar , 2017 17:51
İraqın baş naziri: “Başika məsələsində Türkiyə ilə razılaşdıq”

Bakı. 7 yanvar. REPORT.AZ/ “Türkiyə hərbçilərinin Başikadan çıxması ilə bağlı İraqın istəyi əsasında razılıq əldə edilib”.

“Report” Habertürk-ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi Türkiyənin baş naziri Binəli Yıldırımla keçiridyi görüşün yekununa həsr edilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, hələ oktyabrın 21-də Ankaraya səfəri zamanı ABŞ-ın müdafiə naziri Eşton Karter jurnalistlərə hər iki dövlətin rəhbərliyi İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazası və İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak etmək üçün prinsipial razılığa gəlindiyini söyləmişdi: "Hazırda bir müqavilə var. Ancaq indi bunun üzərində çalışırıq".

Xatırladaq ki, İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir. Onlar İraqın şimalındakı kürd muxtariyyətinin silahlılarını terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün təlim keçirlər. İraq Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edir. Türkiyə isə orada beynəlxalq hüquq normaları çərçivəsində mövcudluğunu bildirir.

Son xəbərlər

Orphus sistemi