Deputat: "Rusiyanın yaydığı fotolardakı tankerlər İraqın şimalındakı kürdlərə məxsusdur"

Deputat: "Rusiyanın yaydığı fotolardakı tankerlər İraqın şimalındakı kürdlərə məxsusdur" Şerko Cövdət: "Gündə Türkiyəyə yüzlərlə tanker yola salırıq"
Region
4 Dekabr , 2015 10:58
Deputat: Rusiyanın yaydığı fotolardakı tankerlər İraqın şimalındakı kürdlərə məxsusdur

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın kosmosdan çəkdiyi fotolar İraqın şimalındakı muxtar bölgəyə aid neft daşıyan avtomobillər olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu muxtar bölgənin parlamentinin neft-qaz komissiyasının sədri Şerko Cövdət bildirib.

Onun sözlərinə görə, bu bölgədən boru və tankerlərlə nəql edilən neft Türkiyənin Ceyhan limanına, oradan isə dünya bazarına çıxarılır. Komissiya sədri bunu dəfələrlə bəyan etdiklərini söyləyib: "Gündə Türkiyəyə yüzlərlə tanker yola salırıq. Bu gizli bir iş deyil".

Qeyd edək ki, Rusiya Türkiyənin İŞİD-lə neft alveri etdiyini, bu yanacağı daşıyan tankerlərin kosmosdan fotosunu çəkdiyini iddia edir. 

Son xəbərlər

Orphus sistemi