İraqda İŞİD-ə qarşı döyüşən türkmənlər Azərbaycan bayrağı qaldırıblar

İraqda İŞİD-ə qarşı döyüşən türkmənlər Azərbaycan bayrağı qaldırıblar Cövdət Asaflı: "Qardaşlarımıza Qarabağın işğaldan azad edilməsində yardım olacağıq"
Region
15 İyul , 2016 09:53
İraqda İŞİD-ə qarşı döyüşən türkmənlər Azərbaycan bayrağı qaldırıblar

Bakı. 15 iyul. REPORT.AZ/ İraqın Kərkük şəhərində yerli türkmənlərdən ibarət Könüllü Türkmən Birliyi terrorçu İŞİD-ə qarşı mübarizədə Azərbaycanın dövlət bayrağı ilə iştirak edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, birliyin 16-cı briqadası Əmirli yaşayış məntəqəsinin terrorçulardan təmizlənməsi uğrunda gedən döyüşlərdə Azərbaycan bayrağını qaldırıb.

Türkmən döyüşçülər bildirib ki, İraqı terrorçu İŞİD-dən təmizlədikdən sonra Dağlıq Qarabağı da işğaldan qurtarmaq üçün savaşacaqlar.

Məlumata görə, gecə saatlarında türkmənlərdən ibarət könllü birliyin döyüşçülərindən bəziləri boyunlarına Azərbaycan bayrağı və Qarabağ yazılmış şərflər bağlayıblar. Terrorçulara qarşı döyüş 8 saat sürüb. Nəticədə Əmirli ətrafındakı bir sıra strateji təpələr terrorçulardan təmizlənib və İŞİD-in Zərgə çayı yaxınlığındakı düşərgəsindən 30 ədəd tələ-partlayıcısı, minalar, raketlər, silah-sursat aşkarlanaraq, götürülüb.

Türkmənlərdən ibarət Seyid-əl Şühəda briqadasının komandanı Cövdət Asaflı Əmirli deyib: "Bütün türklərə, o cümlədən Azərbaycana, Qarabağa salamlar göndəririk. İnşallah ölkəmizi İŞİD-dən təmizlədikdən sonra gəlib, qardaşlarmıza Qarabağın da işğaldan azad edilməsində yardımçı olacağıq. Azərbaycan və Qarabağ bizi gözləsin. Biz bu gün Əmirlini terrorçulardan təmizlədik. İnşallah Hauiceyi,Telaferi, Mosulu təmizləyib, Azərbaycana da yetişəcəyik. Qanımız, dilimiz, dinimiz birdir". 

Son xəbərlər

Orphus sistemi