İraq və Türkiyə arasında Başika hərbi bazası ilə bağlı danışıqlar başlayıb

İraq və Türkiyə arasında Başika hərbi bazası ilə bağlı danışıqlar başlayıb Mövlud Çavuşoğlu: "Bu işi danışıqlar yolu ilə həll etmək üçün iki tərəfdə də iradə var"
Region
18 Oktyabr , 2016 13:13
İraq və Türkiyə arasında Başika hərbi bazası ilə bağlı danışıqlar başlayıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bu həftə ərzində İraqdan Türkiyəyə nümayəndə heyəti gələcək".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Heyət həftənin sonunadək, cümə axşamı da gələ bilər. Bu işi danışıqlar yolu ilə həll etmək üçün iki tərəfdə də iradə var", - deyə M.Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, İraq Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edir. Türkiyə isə orada beynəlxalq hüquq normaları çərçivəsində mövcudluğunu bildirir.

Xatırladaq ki, oktyabrın 17-də Türkiyə Xarici İşlər Nazirliyindən nümayəndə heyəti Başika məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Bağdadda səfərdə olub.

Son xəbərlər

Orphus sistemi