Türkiyə hökumətinin sözçüsü: "İraq və Suriyada üzərimizə düşən öhdəliyi yerinə yetiririk"

Türkiyə hökumətinin sözçüsü: "İraq və Suriyada üzərimizə düşən öhdəliyi yerinə yetiririk" Numan Kurtulmuş: "Başikada İraq hökuməti ilə əməkdaşlıq etməyə hazırıq"
Region
5 Oktyabr , 2016 14:08
Türkiyə hökumətinin sözçüsü: İraq və Suriyada üzərimizə düşən öhdəliyi yerinə yetiririk

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Türkiyə İraq və Suriyanın ərazi bütövlüyünün qorunması baxımından üzərinə düşən öhdəliyi yerinə yetirir".

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş İraq parlamentinin Başıka ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

"Bu qərarı anlamaqda çətinlik çəkirik. Başıkanın müzakirə mövzusu olmasına icazə vermərik. Bununla belə, orada İraq hökuməti ilə əməkdaşlıq etməyə hazırıq" - o vurğulayıb.

Qeyd edək ki, ötən gün İraq parlamenti ölkənin Mosul əyalətinə bağlı Başıka bölgəsində Türkiyə hərbçilərinin mövcudluğunun yolverilməz olduğu haqqında qərar qəbul edib. İraq parlamenti türkiyəli hərbçilərin ölkə ərazisində qalması müddətinin uzadılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərara etiraz edib və buna dair sənədi təsdiqləyib.

Sənəd Türkiyənin Bağdaddakı səfirinə təqdim edilib. Qərarda türk hərbçilərin "işğalçı güc" kimi tanınması, İraq torpaqlarından çıxarılması üçün lazım olanın edilməsi, Türkiyə ilə ticarət əlaqələrinin nəzərdən keçirilməsi və kimi müddəalar öz əksini tapıb.

Xatırladaq ki, bu gün İraqın Ankaradakı səfiri Əli Əkbər İbrahim əl-Ələvi Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılaraq ona qərarla bağlı etiraz notası təqdim olunub.

Eyni zamanda, Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkə parlamentinin oktyabrın 4-də qəbul etdiyi sənəd təqdim olunub.

Ümumiyyətlə, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri 3 ildir terrorçulara, o cümlədən terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün İraqın Şimalındakı Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

"Haber7"nin məlumatına əsasən, İraqdakı beynəlxalq koalisiya qüvvələrinin sözçüsü, polkovnik-leytenant Con Dorrian deyib ki, İraq torpaqlarındakı türk hərbçilərin koalisiyaya aidiyyəti yoxdur: "Türkiyə ordusu bura İraq hökumətinin rəsmi icazəsi ilə gəlməyib".

Son xəbərlər

Orphus sistemi