İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İrana səfər edib

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İrana səfər edib Bu barədə İraq Müdafiə Nazirliyi rəsmi məlumat yayıb
Region
27 Sentyabr , 2017 18:24
İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İrana səfər edib
Haberturk

Bakı. 27 sentyabr. REPORT.AZ/ İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Osman Qənimi İrana səfər edib. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. 

O.Qəniminin səfər çərçivəsində İranın dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirməsi, iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi də daxil olmaqla bir sıra məsələləri müzakirə etməsi nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalında "müstəqillik haqqında referendum" keçirilib. 

Son xəbərlər

Orphus sistemi