Yuxarı

İranlı zəvvarların Səudiyyə Ərəbistanına getməsinə qadağa qoyulub

Qadağa həmçinin Səudiyyə Ərəbistanı istehsalı olan məhsulların İrana idxalına da şamil edilib

Bakı. 7 yanvar. REPORT.AZ/ İran hökuməti ölkə zəvvarlarının Səudiyyə Ərəbistanına getməsinə qadağa qoyub. 

"Report"un "Təsnim" agentliyinə istinadən verdiyi məlumata görə, qadağa həmçinin Səudiyyə Ərəbistanı istehsalı olan məhsulların İrana idxalına da şamil edilib. 

Məlumatda bildirilir ki, bu qərarlar İran Nazirlər Kabinetinin fövqəladə iclasında qəbul edilib. 

  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi