İranlı kulturist qadın sosial şəbəkədə fotolarını paylaşdığına görə həbs edilib

İranlı kulturist qadın sosial şəbəkədə fotolarını paylaşdığına görə həbs edilib O, qadınlar arasında bodibildinq üzrə yarışlarda iştirak edən İranın iki idmançısından biridir
Region
19 Yanvar , 2017 13:07
İranlı kulturist qadın sosial şəbəkədə fotolarını paylaşdığına görə həbs edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ İran vətəndaşı Şirin Nobahari adlı kulturist qadın selfi çəkərək sosial şəbəkədə “nalayiq fotoları"nı paylaşdığına görə həbs olunub.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, İran hakimiyyəti onun bu hərəkətini “islam normaları"na zidd sayıb.

Məlumata görə, Şirin Nobahari məhkəmənin istədiyi girov pulunu ödəyə bilmədiyindən həbsdədir.

Qeyd edək ki, o, qadınlar arasında bodibildinq üzrə yarışlarda iştirak edən İranın iki idmançısından biridir. 

Son xəbərlər

Orphus sistemi