İranlı komandan: "Xəzərin təhlükəsizliyi yalnız 5 sahilyanı ölkənin nəzarətində olmalıdır"

İranlı komandan: "Xəzərin təhlükəsizliyi yalnız 5 sahilyanı ölkənin nəzarətində olmalıdır" Rusiya və ​İranın Hərbi Dəniz Qüvvələrinin komandanları görüşüb
Region
4 İyul , 2015 17:33
İranlı komandan: Xəzərin təhlükəsizliyi yalnız 5 sahilyanı ölkənin nəzarətində olmalıdır

Bakı. 4 iyul. REPORT.AZ/ "Xəzər dənizinin təhlükəsizliyi məsələləri yalnız 5 sahilyanı ölkənin nəzarətində olmalıdır. İstənilən xarici qüvvənin bu su hövzəsində mövcudluğu bölgənin təhlükəsziliyinə ciddi təhdid sayılır".

"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyari deyib. 

O, iyunun 4-də Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri komandanı admiral Viktor Çirkovla görüşüb. 

Tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin yollarını müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi