Yuxarı

​İranlı iş adamı: "Ermənistanı tərk edən çoxlu iranlı iş adamı tanıyıram"

İranlı iş adamlarının başlıca problemi Ermənistandakı qanunsuzluqdur

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Mən Ermənistandakı iş yerlərini bağlayıb, Gürcüstana gedən çoxlu iranlı iş adamı tanıyıram".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu "Bitum-Ermənistan-İran" şirkətinin qurucusu, erməni əsilli İran vətəndaşı Cavid Zabiholli bildirib.

"İranla əməkdaşlıq etmək üçün yeni imkanlar var. Ancaq iranlı iş adamlarının başlıca problemi Ermənistandakı qanunsuzluqdur. Onların çoxunu dövlət yaradır. Bu problemlər aradan qaldırılarsa, onda iranlılar burada rahat işləyə bilər. Vergi ilə bağlı ciddi problem var. Hər ay qanun dəyişir. Hərə bir söz deyir. İranlı iş adamları hansı qanunlarla işləyəcəklərini bilmək istəyir", - o, vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi