İranlı generalı: “Bizdə “bombaların atası” sayılacaq bomba var”

İranlı generalı: “Bizdə “bombaların atası” sayılacaq bomba var” Əmirəl Hacızadə: “Hərbi-Kosmik Qüvvələrinin sifarişi əsasında müdafiə sənayesi təxminən 10 tonluq bomba hazırlayıb”
Region
16 Sentyabr , 2017 18:16
İranlı generalı: “Bizdə “bombaların atası” sayılacaq bomba var”

Bakı. 16 sentyabr. REPORT.AZ/ "ranın öz istehsalı olan 10 tonluq bombası var".

“Report” İRİB-ə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə bildirib.

“Hərbi-Kosmik Qüvvələrinin sifarişi əsasında müdafiə sənayesi təxminən 10 tonluq bomba hazırlayıb. Bunu “İlyuşşin” təyyarəsi ilə atmaq mümkündür. Bu bomba çox böyük dağıdıcı qüvvəyə malikdir. Əgər ABŞ-ın “bombaların anası varsa, bizim də “bombaların atası” varımızdır””, - deyə general bildirib.

Son xəbərlər

Orphus sistemi