İranlı general: “Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli iclası keçirilməlidir”

İranlı general: “Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli iclası keçirilməlidir” Bakı. 10 avqust. REPORT.AZ/ “İran, Türkiyə və Azərbaycan arasında sərhəd əməkdaşlığının artırılması üçün üçtərəfli iclas keçirilməlidir”.
Region
10 Avqust , 2018 17:06
İranlı general: “Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli iclası keçirilməlidir”

Bakı. 10 avqust. REPORT.AZ/ “İran, Türkiyə və Azərbaycan arasında sərhəd əməkdaşlığının artırılması üçün üçtərəfli iclas keçirilməlidir”.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İslam Respublikası Nizam-intizam Qüvvələri Sərhəd Qoşunlarının komandanı, general Qasım Rzayi avqustun 10-da Makının Buralan bölgəsində Türkiyə Jandarm Qüvvələrinin komandanı Arif Çetinlə görüşdə bildirib.

Q.Rzayi deyib ki, Türkiyə və İran sərhədçiləri regionda təhlükəsizlik və sabitliyin daha da yüksəldilməsi üçün səylərini davam etdirirlər: “Bazərqan, Sero və Razi gömrük məntəqələrində gediş-gəliş sıra yaranmadan təmin edilməlidir”.

A.Çetin vurğulayıb ki, iki ölkənin xalqları və dövlətlərinin dostluğu sərhədlərdə tam təhlükəsizliyin bərqərar olmasına təsir edib: “Türkiyə jandarmları iranlı sərhədçilərlə informasiya mübadiləsi və əlavə əməkdaşlıqlara tam hazırdır”. 

Son xəbərlər

Orphus sistemi