Yuxarı
    Bağlamaq

    İranlı deputat: “Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutulub”

    Deputatın sözlərinə görə, terrorçulardan çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb

    Bakı. 21 iyun. REPORT.AZ/ “İranın Qərbi Azərbaycan əyalətində terrorçu İŞİD qruplaşmasının 40 casusu tutulub”.

    “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu həmin əyalətin mərkəzi Urmiyadan olan deputatı Nadir Qazipur bildirib.

    Onun sözlərinə görə, terrorçulardan çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. Deputat deyib ki, qruplaşmanın casusları Qərbi Azərbaycanın Piranşəhr, Sərdəşt, Mahabad, Bukan və Tikab şəhərələrində Qədr gecəsində terror aktı törətməyi planlaşdırırmışlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi