İranlı deputat: “Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutulub”

İranlı deputat: “Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutulub” Deputatın sözlərinə görə, terrorçulardan çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb
Region
21 İyun , 2017 09:56
İranlı deputat: “Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutulub”

Bakı. 21 iyun. REPORT.AZ/ “İranın Qərbi Azərbaycan əyalətində terrorçu İŞİD qruplaşmasının 40 casusu tutulub”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu həmin əyalətin mərkəzi Urmiyadan olan deputatı Nadir Qazipur bildirib.

Onun sözlərinə görə, terrorçulardan çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. Deputat deyib ki, qruplaşmanın casusları Qərbi Azərbaycanın Piranşəhr, Sərdəşt, Mahabad, Bukan və Tikab şəhərələrində Qədr gecəsində terror aktı törətməyi planlaşdırırmışlar. 

Son xəbərlər

Orphus sistemi