Yuxarı

İran parlamentinin üzvü: "Həsən Ruhani Britaniya kəşfiyyatından təlimat alır"

Bakı. 21 fevral. REPORT.AZ/ “İran Prezidenti Həsən Ruhani Böyük Britaniyanın “Mİ6” Xarici Kəşfiyyat Xidmətindən təlimat alır”.

“Report” “Yeniakit”ə istinadən xəbər verir ki, bunu İran parlamentinin Məşhəd şəhərindən olan deputatı, qanunverici orqanın Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Kərimi Kuddusi bildirib.

Məlumata görə, deputatın İranın “Didarnews.ir”ə saytında görüntülü səs yazısı yayılıb. Həmin səs yazısında Cavad Kərimi Kuddusi iddia edib ki, H.Ruhani “Mİ6”dan təlimat alır. O söyləyib ki, İran İnqilab Keşikçiləri Qvardiyası “Mİ6” ilə əməkdaşlıq edən şəxslə danışğını ona təqdim edib. Bu şəxs isə prezident H.Ruhanidir. 

Bildirilib ki, hakimiyyətdaxili mühafizəkar xəttə yaxınlığı ilə tanına Kərimi Kuddusi ötən ilin dekabrında etdiyi açıqlamada demişdi: “İran parlamentinin 50 faizi mövcud hakimiyyətin yıxılmasını istəyir. 2009-cu ildəki fitnə hərəkatının (İranda keçirilən prezident seçkisini və Yaşıllar Hərəkatını nəzərdə tutur-red.) da hədəfi hakimiyyətin yıxılması idi. Hazırda parlamentin 50 faizi pərdə arxasında fitnə hərəkatına liderlik edənləri (o vaxtkı prezidentliyiə namizəd Mirhüseyn Musəvi və Mehdi Kərrubini, habelə islahatçı Prezident Məhəmməd Xatəmi- red.) dəstəkləyir” .

Qeyd edək ki, Həsən Ruhani də hakimiyyətiçi islahatçı xəttin təmsilçisi sayılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi