​İranlı alimlər Həsən Ruhanidən ədalətli seçki keçirilməsini tələb edib

​İranlı alimlər Həsən Ruhanidən ədalətli seçki keçirilməsini tələb edib Alimlər məktubda prezidentə xatırladıblar ki, vəzifə səlahiyyətlərinin icrasına başlamazdan öncə İranın Konstitusiyasını qoruyacağına and içib
Region
10 Fevral , 2016 13:48
​İranlı alimlər Həsən Ruhanidən ədalətli seçki keçirilməsini tələb edib

Bakı. 10 fevral. REPORT.AZ/ "Məhdud sayda namizədlərin qatıldığı və rəqabət mühitinin olmadığı ədalətsiz seçkilərin keçirilməsi, regional rəqiblər qarşısında İslam Respublikasının nüfuzuna zərər vuracaq".

"Report" İranın "kaleme.ir" saytına istinadən xəbər verir ki, ölkənin aparıcı universitetlərinin 296 aliminin İslam Respublikasının prezidenti Həsən Ruhaniyə ünvanladıqları məktubunda belə deyilir. 

Məktubda İran prezidentindən ölkədə sağlam, rəqabətli və ədalətli seçki mühitnin yaradılması, seçkilərin ədalətli keçirilməsi tələb edilib. 

Alimlər məktubda H.Ruhaniyə xatırladıblar ki, vəzifə səlahiyyətlərinin icrasına başlamazdan öncə İranın Konstitusiyasını qoruyacağına and içib. 

Qeyd edək ki, fevralın 26-da İranda Dini Ekspertlər Şurasına (ölkənin ali rəhbərini, indi bu vəzifəni ayətullah Seyid Əli Xamenei tutur) və parlamentə seçkilər keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi