​İranla Misir arasında ticarət əlaqəsi bərpa olunub

​İranla Misir arasında ticarət əlaqəsi bərpa olunub Ruknəddin Cavadi: "Misirə xam neft və neft məhsulları satışına heç bir məhdudiyyət qoyulmayıb"
Region
25 Yanvar , 2016 16:03
​İranla Misir arasında ticarət əlaqəsi bərpa olunub

Bakı. 25 yanvar. REPORT.AZ/ İranla Misir arasında ticarət əlaqəsi bərpa edilib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Xəbərdə bildirilib ki, İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Asalue yatağındakı müəssisələrin neft-kimya məhsulları Misirə ixrac olunmağa başlayıb.

İran Milli Neft Şirkətinin baş direktoru Ruknəddin Cavadi bildirib ki, Misirə xam neft və neft məhsulları satışına heç bir məhdudiyyət qoyulmayıb: "Əgər rəsmi Qahirədən hər hansı təklif daxil olarsa, onu dəyərləndirəcəyik".

İrandan Misirə xam neft "SUMED" neft kəməri və ya Aralıq dənizindən Süveyş kanalı vasitəsilə göndəriləcək.

Qeyd edək ki, İslam inqilabı nəticəsində devrilən Məhəmmdrza şah Pəhləviyə sığınacaq verdiyi və İsraillə sülh danışıqları apardığı üçün Tehran Misirlə diplomatik əlaqələri kəsmişdi. 2012-ci ildə İrana qarşı beynəlxalq sanksiya tətbiq edildikdən sonra iki ölkə arasında ticarət kəsilmişdi.

Son xəbərlər

Orphus sistemi