​İranla İraq üç strateji müqavilə imzalayıb

​İranla İraq üç strateji müqavilə imzalayıb Tehran və Bağdad ticarət dövriyyəsinin həcmini 20 milyard dollaradək yüksəltmək istəyir
Region
7 Sentyabr , 2015 10:46
​İranla İraq üç strateji müqavilə imzalayıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ İranla İraq arasında 3 strateji müqavilə imzalanıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Xəbərə görə, ötən gün İraqın maliyyə naziri Xoşyar Zəbari İranın iqtisadiyyat naziri Əli Tayyibniya ilə Tehranda görüşüb.

Tərəflər ikiqat vergi qoyuluşunun aradan qaldırılması, gömrük iş birliyi və qarşılıqlı sərmayənin dəstəklənməsi ilə bağlı 3 müqavilə imzalayıblar.

Məlumata görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 12 milyard dollardır. Tehran və Bağdad bu rəqəmi 20 milyard dollaradək yüksəltmək istəyir. 

Son xəbərlər

Orphus sistemi