Yuxarı

İranla Ermənistan 300-dən çox adda məhsulu idxal və ixrac edəcək

İranla Ermənistan 300-dən çox adda məhsulu idxal və ixrac edəcək

Bakı. 4 mart. REPORT.AZ/ Sərbəst ticarətə dair razılaşma ratifikasiya olunduqdan sonra İranla Ermənistan arasında 300-dən çox adda məhsul idxal və ixrac olunacaq.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadi inkişaf və sərmayə üzrə naziri Tiqran Xaçatryan martın 4-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu zaman sərhəddə çox cüzi məbləğdə rüsum ödəniləcək.

Nazir qeyd edib ki, yaxın günlərdə İran tərəfi sənədi ratifikasiya edəcək. Xaçatryanın sözlərinə görə, bu, idxal edilən yanacaq rüsumuna təsir etməyəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi