​İranla "altılıq" arasında razılaşmanın şərtləri açıqlanıb

​İranla "altılıq" arasında razılaşmanın şərtləri açıqlanıb Yekun müqavilə iyun ayında imzalanacaq
Region
3 Aprel , 2015 11:20
​İranla altılıq arasında razılaşmanın şərtləri açıqlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ İran zəngiləşdirdiyi uranın 97%-ni başqa dövlətə (ola bilsin Rusiyaya) verəcək.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu haqda İranın atom-nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin) dövlətləri ilə İran arasında əldə edilən razılaşmada bildirilib.

Anlaşmaya əsasən, zənginləşdirdiyi 10 ton uranın 300 kq-ı İranda qalacaq.

Razılaşmada aşağıdakı şərtlər də nəzərdə tutulub:

- 15 il ərzində İran uranı 3,67% səviyyəsinədək zənginləşdirə bilər, bu müddətdə zənginləşdirmə ilə bağlı yeni obyektlər yarada bilməz;

- İran zənginləşdirmədə istifadə etidiyi 19 min sentrifuqanın 2/3-nin fəaliyyətini dayandıracaq. Fəaliyyətdə 6 014 sentrifuqa qalmalıdır. Yaxın 10 ildə isə zənginləşdirmə üçün İran 5 060 sentrifuqa saxlamalıdır;

- İran uranın zənginləşdirilməsini ancaq Nətənzdə apara bilər, 15 il ərzində isə Fərdi nüvə obyektində bu yöndə fəaliyyət göstərə bilməz;

- Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 10 il İranın atom-nüvə proqramına nəzarət edəcək.

Bu və bu kimi şərtlər yerinə yetiriləcəyi halda İrana qarşı sanksiyaların götürülməsi prosesi başlayacaq.

Məlumata görə, yekun razılaşma isə 2015-ci il iyunun sonunda imzalanacaq. 3 ay ərzində isə diplomatlar və mütəxəssislər anlaşmanın detallarını razılaşdıracaqlar.

Son xəbərlər

Orphus sistemi