İranın zəlzələdən əziyyət çəkən Kirmanşah əyalətində matəm elan olunub

İranın zəlzələdən əziyyət çəkən Kirmanşah əyalətində matəm elan olunub Yerli xəstəxanalar artıq yaralıları qəbul edə bilmir, onlar hərbi helikopterlərlə digər xəstəxanalara aparılır
Region
13 Noyabr , 2017 12:00
İranın zəlzələdən əziyyət çəkən Kirmanşah əyalətində matəm elan olunub
AFP

Bakı. 13 noyabr. REPORT.AZ/ İran-İraq sərhədində baş verən güclü zəlzələdən ən çox əziyyət çəkən İranın Kirmanşah əyalətində bazar ertəsi səhər saatlarında üçgünlük matəm elan edilib.

Bu barədə "Report" "Mehr News" nəşrinə istinadən məlumat verir.

Xilasetmə xidmətlərinin məlumatına görə, hazırda ölənlərin sayı artıq 211 nəfərə çatıb, zərərçəkmişlərin sayı isə 2500 nəfərdən çoxdur.

Zəlzələdən daha çox əziyyət çəkən ərazilərdə insanları zəruri ərzaq, isti əşyalar və yanacaqla təmin etmək məqsədi ilə sahə hospitalları yaradılıb, rabitə və elektrik enerjisi təchizatını bərpa etmək mümkün olub.

Yerli xəstəxanalar yaralıları qəbul edə bilmir, bu səbəbdən xəsarət alanlar hərbi helikopterlərlə digər xəstəxanalara, o cümlədən Tehrana aparılır.

Qeyd edək ki, İran-İraq sərhədində zəlzələ noyabrın 13-nə keçən gecə baş verib və 7,3 bal gücündə olub. Təbii fəlakət nəticəsində 200-dən çox adam ölüb, təqribən 2500 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi