​İranın XİN rəhbəri: Nüvə proqramı üzrə danışıqlar başa çatmaq üzrədir

​İranın XİN rəhbəri: Nüvə proqramı üzrə danışıqlar başa çatmaq üzrədir Məhəmməd Zərif İranın nüvə silahı yaratmaq niyyətində olmadığını bildirib
Region
5 Mart , 2015 03:15
​İranın XİN rəhbəri: Nüvə proqramı üzrə danışıqlar başa çatmaq üzrədir

Bakı. 5 mart. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, İran nüvə silahı yaratmaq niyyətində deyil.

"Report" xəbər verir ki, nazir bu barədə "NBC News"a müsahibəsində bildirib.

"Biz nüvə silahı yaratmaq niyyətində deyilik və bunun, ən azı özümüz üçün təhlükəsizliyi təmin edəcəyini hesab etmirik", - deyə Zərif söyləyib.

Nazir, həmçinin əlavə edib ki, İran nümayəndələri nüvə proqramı üzrə sazişin əldə olunması üçün 24 saat işləməyə hazırdırlar. Zərif əmin edib ki, danışıqların iştirakçıları razılıq əldə etməyə yaxındırlar.

İran və ABŞ arasında danışıqların növbəti raundunun martın 15-də Cenevrədə keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi