Yuxarı
    Bağlamaq

    İranın XİN rəhbəri Latın Amerikası ölkələrinə səfərə gedəcək

    Nazir neft, energetika və dəniz daşımaları sahəsində müqavilələr imzalamağı planlaşdırır

    Bakı. 6 avqust. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif avqustun 21-də Latın Amerikası ölkələrinə turneyə çıxacaq. 

    "Report" "Sputnik"ə istinadən xəbər verir ki, turne çərçivəsində nazir Kuba, Nikaraqua, Ekvador, Çili və Boliviyaya səfər edəcək. 

    Nazir böyük istisadi nümayəndə heyətinə rəhbərlik edir və neft, energetika və dəniz daşımaları sahəsində müqavilələr imzalamağı planlaşdırır.

    Turne bir həftə, yəni avqustun 27-dək davam edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi